reklam
Boksçumuz dünya çempionatında məğlub oldu
Sportfm.az xəbər saytı

Boksçumuz dünya çempionatında məğlub oldu


Boks üzrə Azərbaycan millisinin daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Sportfm.az xəbər verir ki, 63 kq çəki dərəcəsindəki Bəxtiyar Qazıbəyov 1/32 final mərhələsində Qazaxıstan təmsilçisi Zakir Safyullinlə üz-üzə gəlib. 0:5 (28:29, 28:29, 26:30, 26:30, 28:29) hesabı ilə məğlub olan Qazıbəyov mundialla vidalaşıb. 

Qeyd edək ki, dünya çempionatının əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) 1/16 finala yüksəlib.

Oxşar xəbərlər

Daha iki boksçumuz 1/8 finala çıxdı
Boksçumuz dünya çempionatına qələbə ilə başladı
Boksçularımızın dünya çempionatında ilk rəqibləri məlum oldu
Vladiqafqazda azərbaycanlıdan böyük uğur
Boksçumuz Avropa çempionatında ilk qələbəsini qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər