reklam
Azərbaycanlı alpinist yeni fəthə hazırlaşır
Sportfm.az xəbər saytı

Azərbaycanlı alpinist yeni fəthə hazırlaşır


Everest və Himalayı fəth etmiş azərbaycanlı Nepalda 8 min metr yüksəyə qalxacaq.

Everesti və Himalayın səkkiz min metrlik zirvələrini fəth etmiş yeganə azərbaycanlı alpinist İsrafil Aşurlu beynəlxalq ekspedisiyanın tərkibində Manaslu (8156 m) zirvəsinin fəthində iştirak edəcək.

Sportfm.az xəbər verir ki ekspedisiya, gələn həftənin ortalarında zirvəyə gedən yoldakı baza düşərgəsinə çatacaq.Fəthin Şimal-Şərq divarından həyata keçirilməsi planlaşdırılır. Zirvənin fəthi sentyabr – oktyabrın sonuna planlaşdırılır.
Buzadırmanma üzrə beynəlxalq dərəcəli hakim, Azərbaycanın idman ustası İsrafil Aşurlu daşıyıcı şerplərin köməyindən istifadə etmək niyyətində deyil və fəthi oksigensiz həyata keçirəcək ki, bu da ikiqat çətin və təhlükəlidir.
Bu ilin yazında Aşurlu dünyanın üçüncü hündür zirvəsini – Lxotzeni (8501) fəth edib, 2011-ci ildə o, Kantencanqaya (8586 m), 2007-ci ildə isə Everestə (8848 m) dırmanıb.

Oxşar xəbərlər

Nazir Avropanı fəth edən şahmatçımızla görüşdü
Azərbaycanlı hakim Paralimpiadanın yarışlarını idarə edəcək
Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın - Elmira Aslanova
Gözləmək iki nəfərin ölümünə səbəb oldu - FOTO
"İrəli getmək üçün ölülərin arası ilə hərəkət etməlisən" - Dəhşətli etiraflar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər