reklam
Nazir Avropanı fəth edən şahmatçımızla görüşdü
Sportfm.az xəbər saytı

Nazir Avropanı fəth edən şahmatçımızla görüşdü


Gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı qəbul edib.
Sportfm.az xəbər verir ki, gənc idmançını böyük uğuru münasibətilə təbrik edən nazir onun Avropa çempionluğunun ölkəmizdə şahmat idman növünün inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Fətəliyeva göstərilən diqqətə görə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən şəxsi qitə çempionatında qızıl medal qazanaraq ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Oxşar xəbərlər

Qızıl medal qazanan ilk azərbaycanlı qadın Bakıya gəldi
Şahmatçılarımız xüsusi mükafata layiq görüldü - Avropa çempionatı
Ölkəmizi Avropa çempionatında təmsil edəcək şahmatçılar - SİYAHI
Nazir idmançılarla görüşdü - FOTO
Fərid Qayıbov “qızıl” qazanan idmançılarla görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər