reklam
Ronaldinyonun Bakıda mətbuat konfransı -
Sportfm.az xəbər saytı

Ronaldinyonun Bakıda mətbuat konfransı -FOTO


Sportfm.az saytının tədbirdə olan müxbirinin verdiyi məlumata görə, "Qəbələ" futbol klubunun dəvəti ilə ölkəmizə gələn məşhur braziliyalı futbolçu Ronaldinyo Bakı Olimpiya stadionunda mətbuat konfransında iştirak edir. Qəbələ klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır.
"Qəbələ"  klubunun prezidenti Tale Heydərov çıxış edərək, Ronaldinyonun Azərbaycanda futbol akademiyasını yaradacağını bildirib. AFFA-nın baş katibi Elxan Məmmədov görüləcək işlərdən danışdı. Sonra jurnalistlər Ronaldinyoya suallarını ünvanladı. Məşhur braziliyalı ulduz Azərbaycana gəlməkdən xoşbəxt olduğunu bildirib. Ronaldinyo Azərbaycan yığmasının çıxışından xəbərdar olduğunu vurğulayıb:
"Yığmanız məğlub olmayıb, bunu bilirəm. Mən uşaqlıqdan "Qremio" azarkeşiyəm. Dünyanın ən güclüsü Messidir. Karyeramı başa vurmaq barədə hələ düşünürəm. Gələcəkdə Azərbaycan yığmasının Braziliya ilə qarşılaşmasına köməklik göstərə bilərəm. Mən Pele və Maradona səviyyəsində futbolçuyam. Messi hazırda dünyanın ən güclü futbolçusudur".
Qeyd edək ki, mətbuat konfransından sonra Ronaldinyo Olimpiya stadionunda "Qəbələ" Akademiyasının yeniyetmə futbolçularına məşq keçib. 

Oxşar xəbərlər

Ronaldinyo Futbol Akademiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Ronaldinyo: “Azərbaycan və Braziliya yığmasının görüşünü təşkil edə bilərəm” – VİDEO(tam versiya)
Ronaldinyo Bakıda! - EKSKLÜZİV FOTO
Ronaldinyo "Barselona"ya qayıdır
Ronaldinyo karyerasını bitirməyə hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər