Ronaldinyo Futbol Akademiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Azərbaycanda Ronaldinyo Futbol Akademiyasının açılışı gələn ilə təxirə salınıb.
Sportfm.az xəbər verir ki, bu barədə “Qəbələ” İdman Klubunun sabiq prezidenti Tale Heydərov “Emerging Europe”də yazıb. O, akademiyanın 2020-ci ilin əvvəlində açılacağını bildirib: “Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyasının 2020-ci ilin əvvəlində açılışını səbrsizliklə gözləyirik”.
2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ” klubunun dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır. Lakin akademiyanın açılışı müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb.
“Qəbələ” İK bu ilin aprelində T.Heydərovun prezident postundan istefasının Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcəyini bəyan edib. Həmin vaxt akademiyanın bu il istifadəyə verməyi planlaşdırdıqları vurğulanıb.
Qeyd edək ki, Ronaldinyonun doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir.
Oxşar xəbərlər
Ronaldinyo sərbəst buraxıldı
Tale Heydərov istefası ilə bağlı açıqlama verdi: "Vaxtı çatmışdır"
Ronaldinyo Bakıda yox Qüdsdə akademiya açdı
Ronaldinyo: “Azərbaycan və Braziliya yığmasının görüşünü təşkil edə bilərəm” – VİDEO(tam versiya)
Ronaldinyonun Bakıda mətbuat konfransı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası