Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bizdəki təzyiq bəlkə də, heç Litvada yoxdur" -Ayxan Abbasov
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, o, qarşılaşma öncəsi komandanın ümumi durumunu belə şərh edib:
“İlk dəfədir ki, dörd oyun ard-arda qısa vaxtda salınıb. Futbolçularımızın bəziləri komandaya gec qoşuldu. Bəzi oyunçularımız bu gün ilk məşqini keçirəcək. Tək bu oyunda yox, digər bütün qarşılaşmalarda qalib gəlmək istəyirik. Bundan sonra bizi qarşıda ağır oyunlar gözləyir. Sabah da əlimizdən gələni edəcəyik.
Bu yoxlama görüşləri məcburidir. Biz D qrupundayıq və rəqib tapmaq olmur. Buna görə də Afrika ölkərinə üz tuturuq. Lixtenşteyn və Litva milliləri də çətin rəqiblərdir. Komandamıza özgüvən lazımdır.
Oyunumuzun birinin səfərdə olması bizim üçün yaxşıdır. Biz bir aydır ümumi təhlil aparırıq. Millidə daimi çıxış edən futbolçulara daha çox güc düşəcək. Bəzi rotasiyalar olacaq.
Bütün futbolçular nəzarətdədir. Biz sevindik ki, Nəriman Axundzadə Türkiyəyə gəldi. Lakin təəssüf ki, bu ona uğur gətirmədi. Bəzi çempionatlarda yanaşma bizimkindən fərqlidir. Bunu legionerlərlə danışdıqda da daha yaxşı anlayıram. Düşünürəm ki, Nəriman oynamalıdır.
Azərbaycan futbolunda təzyiq yoxdur deyilir, lakin bu, düzgün deyil. Bizdəki təzyiq bəlkə də, heç Litvada yoxdur. Biz bu təzyiqin bəhrəsini görürük. Hər il Çempionlar Liqasında bir klubumuz var. Çalışmalıyıq ki, daha yaxşı olsun”.

Oxşar xəbərlər
"Çox yaxşı komandaya qarşı oynayacağıq" - Qurban Qurbanov
"Bizi qarşıda çətin rəqiblər gözləyir" - Ayxan Abbasov
Fernandu Santuş: "Bütün futbolçuları özüm dəvət edirəm"
Ayxan Abbasov:""Zirə" olaraq çalışacağıq ki, iki sistemdə oynayaq"
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası