Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt"ın prezidentinə ciddi xəbardarlıq edildi
AFFA İntizam Komitəsi "Sumqayıt"un prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Ayxan Abbasova ciddi xəbardarlıq edib.
Sportfm.az xəbər verir ki, buna səbəb hər iki şəxsin Premyer Liqanın II turunda evdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları matçdan sonra hakiminin görüşü qərəzli idarə etmələri haqqında fikirlər söyləməsidir. Bildirilib ki, bu hal təkrar olunarsa, Rəfiyev və Abbasov İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaq.
Qurum "Zirə"nin məşqçisi Anar Niftəliyevi də bir oyunluq cəzalandırıb. Buna səbəb onun II turda "Neftçi"yə qalib gəldikləri (1:0) görüşün 80-ci dəqiqəsində texniki zona qaydalarını pozmasıdır. Kluba isə bunun üçün 800 manat cərimə kəsilib.
Oxşar xəbərlər
AFFA klubları cəzalandırdı
Paytaxt klubu 400 manat cərimə olundu - AFFA
AFFA "Qarabağ"ı cərimələdi
"Neftçi"nin məşqçisinə ağır cəza verildi
AFFA Premyer Liqanın üç klubunu cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası