reklam
AFFA Premyer Liqanın üç klubunu cəzalandırdı
Sportfm.az xəbər saytı

AFFA Premyer Liqanın üç klubunu cəzalandırdı


AFFA İntizam Komitəsi "Zirə" klubunun futbolçusu Bilal Həmdini bir oyunluq cəzalandırıb.

Sportfm.az xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin Premyer Liqanın XIII turunda səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri matçda ikinci sarı vərəqə alaraq meydandan qovulmasıdır. 61-ci dəqiqədə oyundan kənarlaşdırılan fransalı oyunçuya görə klubu 200 manat məbləğində cərimə olunub. 

İntizam Komitəsi "Sumqayıt", "Qəbələ" və "Keşlə"yə isə 800 manat cərimə kəsib. İlk iki komanda 4, sonuncusu isə 5 futbolçusunun müvafiq olaraq "Səbail" (1:0), "Zirə" (0:0) və "Qarabağ"la (5:1) görüşlərdə sarı vərəqə almaları səbəbindən ziyana düşüb. 

Qeyd edək ki, "Zirə" Premyer Liqada II dövrənin son turunda "Qarabağ"la üz-üzə gələcək. 

Oxşar xəbərlər

“Sumqayıt” tərcüməçisinə görə cərimə olundu - QƏRAR
AFFA klubları cəzalandırdı
Paytaxt klubu 400 manat cərimə olundu - AFFA
"Qarabağ"ın müdafiəçisinə bir oyunluq cəza - AFFA
“Qarabağ”, "Sabah" və "Zirə" cərimələndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər