reklam
“Gələcəkdə Onoya qalib gələcəyimə ümid edirəm”  -
Sportfm.az xəbər saytı

“Gələcəkdə Onoya qalib gələcəyimə ümid edirəm” -Rüstəm Orucov


“Finalda uduzmağıma rəğmən, evə medalla dönəcəyim üçün xoşbəxtəm”.

Sportfm.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının finalında yerli idmançı Şohey Onoya məğlubiyyəti şərh edərkən deyib.

73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı bu rəqibə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında da uduzduğunu xatırladıb: “Bu gün çox yoruldum, ancaq növbəti yarışlara hazırlaşacağam. Ono ilə qarşılaşmam 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakının təkrarı idi. Mən hazır idim, ancaq o, güclü idmançıdır. Bir neçə dəfə görüşsək də, Onoya qalib gələ bilməmişəm. Gələcəkdə bunu dəyişəcəyimə ümid edirəm. Biz onunla kiçik yaşlarımızdan güləşirik. Bu rəqabətin məni şux saxlamasına görə xoşbəxtəm. Ümid edirəm ki, onunla böyük finallarda qarşılaşmağı davam etdirəcəyik”.

Eyni çəkidə bürünc medal qazanan yığmanın digər üzvü Hidayət Heydərov isə bütün mükafatçıları təbrik edib. "İlk dəfədir Tokiodayam və möhtəşəm Nippon Budokan arenasında bürünc medal əldə etdiyim üçün şadam” deyə o vurğulayıb.

Qeyd edək ki, Rüstəm Orucov yarımfianlda Hidayət Heydərovu məğlub edib. 

Oxşar xəbərlər

Hidayət Heydərov Avropa çempionu oldu - Rüstəm Orucovdan bürünc medal
Heydərov finalda, Orucov bürünc medal görüşünə çıxacaq - Avropa çempionatı
Rüstəm Orucov Hidayət Heydərovu məğlub etdi
"Erməni cüdoçunu mütləq udmalı idim" - Rüstəm Orucov
Rüstəm Orucov gümüş medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər