reklam
Futzalçı 40 milyona
Sportfm.az xəbər saytı

Futzalçı 40 milyona "Monako"ya transfer oldu


Fransanın "Monako" klubu yeni transferini reallaşdırıb. 

Sportfm.az xəbər verir ki, "knyazlıq klubu" "Sevilya"nın hücumçusu Vissam Ben Yedderi transfer edib. 29 yaşlı futbolçunun keçidi üçün əndəlüsiyalılara 40 milyon avro təzminat ödənilib.

"Sevilya" Fransa millisinin üzvünü 2016-cı ildə "Tuluza"dan 9,5 milyon avroya transfer etmişdi. Ben Yedder ötən mövsüm 54 oyuna 30 qol vurub, 11 assist edib.

Ben Yedder böyük futbola futzaldan keçib. O, Fransa millisinin futzal komandasında hazırda "Qarabağ"ın üzvü olan Abdullah Zubirlə birgə oynayıb. 

2017-ci ildə Zubir müsahibəsində bu barədə danışıb: "Fransanın futzal yığmasında Ben Yedderlə birgə oynamışam. Bu, mənə və bu gün futzal oynayan hər kəsə nümunədir. Futzalla başlasaq da, uğur qazanmağı bacardıq. Hər kəs Ben Yedderin gördüyü işdən məmnundur, yaxşı performans sərgiləyir. Bu, mənim üçün də örnəkdir".

 

 

Oxşar xəbərlər

Millinin üzvü "Sevilya"da - 4 illik müqavilə
Cengiz Ünderin qiyməti açıqlandı - 40 milyon avro
Fransa millisinin üzvü "Qalatasaray"a keçdi - FOTO
"Dinamo"dan Şeydayevə 20 milyonluq rəqib - FOTO
"Sevilya"dan 15 milyon avroluq transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər