reklam
Sportfm.az xəbər saytı

"Dinamo"dan Şeydayevə 20 milyonluq rəqib -FOTO


Rusiyanın "Dinamo" klubu yeni transferlərini açıqlayıb. 

Sportfm.az xəbər verir ki, Moskva təmsilçisi Almaniyanın "Borussiya" klubunun hücumçusu Maksimilian Filippin transfer edib. Bu keçid üçün dortmundlulara 20 milyon avro təzminat ödənilib. 

Bu keçid "Dinamo" tarixinin ən bahalı transferi olub. Filipplə 5 illik müqavilə imzalanıb. 

Paytaxt klubu "Fənərbaxça"dan ayrılan rusiyalı müdafiəçi Roman Noyştadterlə 1 illik müqavilə bağlayıb.

"Borussiya" Maksimilian Filippi 2017-ci ildə "Frayburq"dan 20 milyon avroya transfer etmişdi. 25 yaşlı hücumçu 2017/18 mövsümündə Bundesliqada 20 oyuna 9 qol vurmağı bacarmışdı. Lakin ötən mövsüm çempionatda 18 oyuna çıxan futbolçu cəmi 1 qola imza atıb.

"Dinamo" daha öncə Fransanın "Marsel" klubunun 25 yaşlı hücumçusu Klinton Njeni 5,5 milyon avroya transfer etmişdi.

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Dinamo"da çıxış edir. 23 yaşlı hücumçu Rusiya Premyer Liqasının ilk 4 turundan sonra 1 assist edib.

 

Image

Image

Oxşar xəbərlər

Ramil Şeydayev ona görə göndərilib - FOTO
Ramil Şeydayevə yeni rəqib
"Fənərbaxça"dan yeni transfer - FOTO
"Vest Hem"in rekord transferi - FOTO
"Qalatasaray"ın 18 yaşlı futbolçusunu 12 milyon avroya transfer etdilər - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər