reklam
Sportfm.az xəbər saytı

"Fənərbaxça"da çıxış etmiş azərbaycanlı futbolçu klubsuz qalıb! -FOTO


Vaxtilə "Fənərbaxça"nın əvəzedici heyətində çıxış edən Mirkamil Həşimli klubsuz qalıb. 

Sportfm.az saytına futbolçunun özünün verdiyi məlumata görə, Azərbaycanın aşağı yaş qrupları üzrə yığma komandalarının da şərəfini qorumuş 23 yaşlı yarımmüdafiəçi hazırda heç bir yerli klubla müqavilə bağlamayıb. Bir zamanlar ölkəmizin ən pespektivli gənclərindən hesab edilən Həşimli hazırda fərdi məşqlərlə kifayətlənir.  Bu gedişlə oyunçu özünə klub tapmayacağı halda karyerasını gənc yaşlarında başa vura bilər. 

Qeyd edək ki, 1996-dı il doğumlu olan Mirkamil "Neftçi"nin yetirməsidir. O, elə uşaqlıqdan keçdiyi "Fənərbaxça"nın əvəzedici komandasının vitse-kapitanlığına belə yüksəlmişkən vətənə qayıtdı və doğma komandası "Neftçi"yə keçdi. Burda1 il futbolsuz qaldıqdan sonra "Zirə"yə üz tutdu və qəsəbə komandasında əsas heyətə düşə bilmədi. Ardınca isə I divizionda çıxış edən "Turan Tovuz"la çempionluq yaşadı. Ordan isə "Şüvəlan"a üz tutdu. Daha sonra Mirkamil Türkiyə PTT 2-ci liqasında çıxış edən "Şanlıurfaspor"a transfer olndu. Komandası "pley-off"da uduzaraq PTT -ci liqaya yüksələ bilmədikdən sonra vətənə dönərək "Sumqayıt"a baxışa yollanmışdı.  

Oxşar xəbərlər

"Zirə"nin əvəzedici komandası olacaq - Bərpa edilir
AFFA liqalarında çıxış edən futbol klubu dağıldı - ÖZƏL
İkinci liqadan "Lill"ə transfer olunan futbolçu: "Mən qürbətçi deyiləm"
Azərbaycanlı futbolçu klubsuz qaldı
Gerrardı özünə ideal seçən Bundesliqadakı yeganə azərbaycanlı - Həyat hekayəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər