Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli açıqlandı
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, dekabr ayı üçün nəzərdə tutulan yeni reytinq cədvəlinə görə, Azərbaycan millisinin üzvlərindən Orxan Səfərov (60 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 2-ci, 4-cü, 2-ci, 11-ci, 7-ci və 23-cü pillədə qərarlaşıblar.
Cüdoçularımız Vüqar Şirinli (60 kq) 3, Nicat Şıxəlizadə (66 kq), Tural Səfquliyev (90 kq) və Elxan Məmmədov (100 kq) hərəyə 1, İrina Kindzerska (78 kq-dan yuxarı) 2 rəqibini özündən irəli buraxıb. Nəticədə idmançılarımız müvafiq olaraq, 30-cu, 7-ci, 17-ci, 4-cü və 7-ci yerə eniblər.
Oxşar xəbərlər
Cüdoçumuz reytinqdə yüksəldi
10 cüdoçumuz reytinq cədvəlinin ön sıralarında
Cüdoçuların yeni reytinq cədvəli açıqlandı
Orucov və Heydərovun mövqeləri dəyişməz qaldı
Beynəlxalq Cüdo federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası