Bu il mənim üçün çox çətin, həmçinin uğurlu oldu -Rüstəm Orucov
Dünya reytinq cədvəlində liderliyini qoruyan azərbaycanlı cüdoçu Rüstəm Orucov (73 kq) 2019-cu ili ilk pillədə başa vurub. Olimpiya Oyunlarının gümüş medalçısı ən yaxın izləyicisi yaponiyalı Soiçi Haşimotonu 40 xal qabaqlayır.
Sportfm.az xəbər verir ki, R.Orucov ilin yekunları ilə bağlı “Facebook” sosial şəbəkəsində təəssüratlarını bölüşüb: “Bu il mənim üçün çox çətin, həmçinin uğurlu oldu. Avropa Oyunları və dünya çempionatında gümüş medal qazandım. Sizlərin sayəsində üçüncü dəfə dünya reytinqi sıralamasında lider oldum. Mənə inanan və sevgi bəsləyən hər kəsə təşəkkür edirəm!”.
Həmin çəki dərəcəsində daha bir idmançımız Hidayət Heydərov da liderlər qrupunda yer alıb. İdmançımız üçüncüdür.
Komandamızın digər üzvləri Məmmədəli Mehdiyev (90 kq) 6-cı, Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) 15-16-cı, Uşangi Kokauri (100 kq-dan yuxarı) 15-ci, Nicat Şıxəlizadə (66 kq) 19-cu, Orxan Səfərov (60 kq) 31-ci sırada qərarlaşıblar. Qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) 3-cü mövqedədir.
Oxşar xəbərlər
Cüdoçumuz reytinqdə yüksəldi
Rüstəm Orucov liderliyini qorudu
Cüdoçumuz dünya reytinq cədvəlində liderliyini qorudu
Avropa Oyunlarına 13 cüdoçu ilə yollanırıq
10 cüdoçumuz reytinq cədvəlinin ön sıralarında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














.jpg)
Misli Premyer Liqası