reklam
“Qarabağ” yeni transferini təqdim etdi -
Sportfm.az xəbər saytı

“Qarabağ” yeni transferini təqdim etdi -FOTO


“Qarabağ” yeni transferi Maqaye Qeyeni təqdim edib.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi “facebook” səhifəsi 29 yaşlı fransalı hücumçunun şəklini paylaşıb və “Xoş gəlmisən” yazılıb. Müqavilənin detalları barədə məlumat verilmir. Forvard “Qarabağ”da 99 nömrəli forma ilə çıxış edəcək.

Seneqal əsilli forvardın son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. O, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində braziliyalı müdafiəçi Ailton Silvanı, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.

Oxşar xəbərlər

"Qarabağ" fransalı hücumçuya 1,4 milyon manat verəcək
Maqaye Qeye "Qarabağ"a neçəyə başa gəldi?
Fransa yığmasının şərəfini qorumuş futbolçu "Qarabağ"da - FOTO
"Ştutqart"ın futbolçusu rəsmən "Qarabağ"da - FOTO
Ailton "Qarabağ"a gəlir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər