Bakıda EYOF-un açılışına bilet qalmadı -RƏSMİ
İyulun 21-i saat 20:00-da Bakı Kristal Zalında Avropa Gənclər Olimpiya Festivalının (EYOF) açılış mərasimi üçün satışa çıxarılan biletlərin hamısı artıq alınıb.
Sportfm.az xəbər verir ki, bunu açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
S.Məmmədova bildirib ki, açılış mərasimi üçün biletlər qalmayıb:
“Yalnız iyulun 27-də keçiriləcək bağlanış mərasimi üçün biletlər hələ də satışdadır. İnsanlar tələssin, çünki hamı bu mərasimlərdə iştirak etmək istəyir. Yarışların özləri isə insanlar üçün pulsuz olacaq. Ürəyi idmanla döyünənlər gəlib arenalarda yarışları izləyə bilərlər. Onu da deyim ki, nazir Azad Rəhimov artıq bütün idman obyektlərində olub. Bütün idman obyektləri iyulun 21-də başlayacaq yarışa tam hazırdır”.
Bu yarışların şef-de-missionu təyin olunmuş Milli Olimpiya Komitəsinin idman şöbəsinin müdiri Həsənağa Rzayev isə Atletlər kəndinin artıq qonaqları qəbul etməyə başladığını bildirib:
“Artıq İspaniyanın gənc komandası Atletlər kəndində məskunlaşıb. Bizim millilərimizdən isə kişi voleybol komandamız artıq Atletlər kəndindədir. Sabah günün ikinci yarısından etibarən digər komandalarımız da Atletlər kəndinə gələcək. Burada idmançılar üçün əyləncə zonaları quraşdırılacaq. Həmçinin hər gün əyləncə proqramı çərçivəsində azərbaycanlı müğənnilərin çıxışı nəzərdə tutulub”.
Qeyd edək ki, 15-ci Avropa Gənclər Olimpiya Festivalı Bakıda 21-27 iyul tarixlərində keçiriləcək.(oxu.az)
Oxşar xəbərlər
Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirildi - FOTO
"Hər bir idmançı 90 avro pul ödəyir" - Azad Rəhimov
Avropa Gənclər Yay Olimpiya Festivalına 5 min məktəbli cəlb olundu
“Bakı 2019”-un biletləri satışa çıxarıldı
“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
15 oyunun vaxtı açıqlandı - I Liqa
-
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi - Premyer Liqa
-
"Bir neçə futbolçumuzun başqa peşəsi var" - Konrad Fünfştük
-
"Litva və Lixtenşteyn tamamilə fərqli futbol oynayır" - Ayxan Abbasov
-
Azərbaycan millisi Lixtenşteynə qarşı - Millətlər Liqası
-
Millimiz 1-ci təsnifat mərhələsində iştirak edəcək - Avropa çempionatı














Misli Premyer Liqası