"Ştutqart"ın futbolçusu rəsmən "Qarabağ"da -FOTO
Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” ikinci transferini reallaşdırıb.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi sol cinah müdafiəçisi Ailton Ferreyra Silvanı heyətinə qatıb.
Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı növbəti mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.
“Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.
Oxşar xəbərlər
Türkiyə klubundan iki yeni transfer
"Ştutqart" "Qarabağ"dan ayrılan futbolçunu istəmir
"Qarabağ"da oynayan futbolçu "Ştutqart"la danışıqlar aparacaq
Ailton "Qarabağ"a gəlir - FOTO
Norveç yığmasının üzvü "Qarabağ"da
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO















Misli Premyer Liqası