reklam
Sportfm.az xəbər saytı

""Neftçi"nin qollarını üçüncü şəxslər vurdu" - "Sperantsa"nın baş məşqçisi


Avropa Liqasının I təsniftat mərhələsinin ilk oyununda öz meydanında “Neftçi”yə uduzan (0:3) Moldovanın “Sperantsa” klubunun baş məşqçisi Kristian Efros görüşdən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. 

Sportfm.az xəbər verir ki, 27 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi: 

- Futbolçulardan razı qaldım. Hesab onu göstərdi ki, Üçüncü şəxslərin rolu oldu. Əlbəttə, üzücü məğlubiyyətdi. Rəqibin yerində olsaydım qələbəyə sevinməzdim. Gülməli idi. 

- Üçüncü şəxslər kimi nəzərdə tutursuz? Hakimləri?
- Növbəti suala keçin. Siz hakimləri təhlil edin. Bu axşam daha çox onun qərarları ön planda idi. 

- "Neftçi"nin zəif tərəflərindən danışmışdız. Onları tapa bilmədiz?
- Müdafiə xəttini nəzərdə tuturdum. İmkanlarımız var idi, istifadə edə bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdu. 

- Cavab matçı formal olacaq?
- Hələ hazırlaşmaq üçün bir həftə vaxtımız var. İlk oyunu təhlil edəcəyik. 

- Niyə ikinci hissə başlayandan sonra meydançaya çıxdız?
- Həmişə belə edirəm, əvvəl komanda çıxır, sonra mən. 

- Niyə digər məşqçilər kimi hissənin startından texniki zonada olmursuz?
- Fikir verdizsə, meydanı fırlanaraq ora getdim. Useyn Bolt deyiləm ki, tez çatım. 

- Niyə belə aqressivsiz?
- Konkret necə aqressiv? 

- Cavablarınız aqressivdi... "Neftçi"nin qələbəsinə kölgə salmağa çalışırsız?
- Niyə sevinəsən belə qələbəyə? Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram, sadəcə, öz düşüncələrimi bildirirəm. 

- Roberto Bordini "Şerif"dən məğlub yola salmışdız. Sizdən revanş aldı?
- Belə də demək olar.(sportal)

 

Oxşar xəbərlər

"Mən klub prezidenti deyiləm" - "Sabah"ın baş məşqçisi
"Onların növbəti mərhələlərdə də yaxşı şansı var"
"İlk dəfə idi belə topla oynayırdım" - Emin Mahmudov
Aftandil Hacıyev: "Planımız belə idi"
"Aqressiv və sürətli oynadıq" - Roman Qriqorçuk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər