reklam
5 idmançımız dopinqdə
Sportfm.az xəbər saytı

5 idmançımız dopinqdə "ilişdi"


Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

Sportfm.az xəbər verir ki, bunlar cüdoçular Rüfət İsmayılovla Aliyə Müslümova, eləcə də atlet Azər Əhmədov, velosipedçi Kiril Pozdnyakov və ağırlıqqaldıran Orxan Zeynalovdur.

Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Orqanizmində metilstenbolon maddəsi tapılan İsmayılov 1 illik diskvalifikasiyaya məruz qalıb. Onun cəzası 22 may 2018-ci il tarixindən hesablanıb və artıq həmin müddət başa çatıb. Müslümova isə furosemid maddəsinə görə 24 aylıq cəzaya məruz qalıb. Onun cəzası 11 aprel 2019-cu ildən hesablanmağa başlanıb.

Orqanizmində metandienon və mestanolon metabolitləri üzə çıxan Əhmədovun da cəza müddəti başa çatıb. Onun diskvalifikasiya dövrü 23 noyabr 2017 - 23 may 2019-cu ili əhatə edib.

Pozdnyakov metilfenidat metabolitinə görə 24 aylıq diskvalifikasiya məruz qalıb. Onun cəzası 11 may 2019-cu ildən hesablanıb.

Ən ağır cəza isə Zeynalova verilib. O, orqanizmində müxtəlif endogen AAS (IRMS) və klenbuterol maddələri aşkarlandığı üçün 48 aylıq cəzalanıb. Ağırlıqqaldıranın diskvalifikasiyası 7 mart 2019-cu ildən hesablanacaq.

Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 44 idmançıya sanksiya tətbiq edib.

Oxşar xəbərlər

Üç idmançımız diskvalifikasiya edildi - AMADA
Azərbaycan yığmasının üzvü 12 illik qovuldu - ŞOK
Daha 4 azərbaycanlı idmançı dopinqdə ilişdi - Qalmaqal
2 idmançımız dopinqdən istifadəyə görə cəzalandırıldı
Dörd idmançımıza sanksiya tətbiq edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər