2 idmançımız dopinqdən istifadəyə görə cəzalandırıldı
Azərbaycanın daha 2 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
Sportfm.az xəbər verir ki, bunlar bodibildinqçi Mürsəl Kərimov və cüdoçu Maqomed Rizvanovdur. Bu idmançılardan alınmış nümunələrdədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit edilib.
M.Kərimovun orqanizmində boldenon, boldenon metaboliti və stanozolol metaboliti maddələri tapılıb. O, 22 yanvar 2018-ci ildən 48 aylıq - 22 yanvar 2023-cü ilə qədər cəzalanıb.
Orqanizmində drostanolon metaboliti, oksandrolon və oksandrolon metaboliti maddələri aşkarlanan M.Rizvanov da 48 aylıq diskvalifikasiya olunub. Onun cəzası 11 yanvar 2019-cu il tarixindən hesablanacaq.
Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 42 idmançıya sanksiya tətbiq edib.
Oxşar xəbərlər
Daha 4 azərbaycanlı idmançı dopinqdə ilişdi - Qalmaqal
5 idmançımız dopinqdə "ilişdi"
AMADA millinin üzvlərinə sanksiya tətbiq etdi
Millimizin qapıçısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edildi - FOTO
Dörd idmançımıza sanksiya tətbiq edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası