Messi bürünc medal almaqdan imtina etdi -VİDEO
Argentinanın futbol üzrə milli komandasının kapitanı, ulduz futbolçu Lionel Messi hakimə etiraz əlaməti olaraq Amerika Kuboku 2019-da qazandıqları bürünc medalı almaqdan imtina edib.
Sportfm.az xəbər verir ki, bu barədə ulduz futbolçu matçdan sonra jurnalistlərə verdiyi müsahibədə deyib.
"Turnir ərzində bizə qarşı baş verən korrupsiya və hörmətsizliyin bir hissəsi olmamaq üçün medal almaq üçün podiuma getmədim. Biz daha yaxşısına layiq idik, lakin bizə finalda oynamağa imkan vermədilər. Korrupsiya və hakimlər insanlara futboldan zövq almağa imkan vermirlərr", - deyə Messi bildirib.
Qeyd edək ki, Argentinanın Çilini 2:1 hesabı ilə məğlub edərək, Amerika Kubokunda üçüncü yerə layiq görülüb. Hakim oyunun 37-ci dəqiqəsində isə Messiyə rəqibinə etdiyi kobudluğa görə qırmızı vərəqə göstərərək meydandan qovub.
Oxşar xəbərlər
"Messi bizə hörmətsizlik etdi" - Dani Alveş
Karyerasında ikinci dəfə oyundan qovuldu
Argentina prezidenti və Maradonadan Messiyə dəstək
Messi Argentina millisindən getdi!
Amerika Kuboku: Argentina məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası