Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Amerika Kuboku: Argentina məğlub oldu
ABŞ-da keçirilən Amerika Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, finalda Argentina ilə Çili yığmaları üz-üzə gəliblər.
Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. "Lotereya”da isə çilili futbolçular daha dəqiq olublar. Onlar 4:2 hesabı ilə qələbə qazanıblar. Bununla da Çili millisi ardıcıl 2-ci dəfə finalda rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Argentinanın heyətində Lionel Messi və Lukas Bigliya penaltini qola çevirə bilməyiblər.
Amerika Kuboku-2016
Final
Argentina – Çili – 0:0, pen. 2:4
Qırmızı vərəqələr: Markos Roho, 43 – Marselo Dias, 28
Qeyd edək ki, yarışın bürünc mükafatını ABŞ-a qalib gələn Kolumbiya qazanıb.
Oxşar xəbərlər
Argentina millisi finalda - Amerika kuboku
Martines dub etdi, Argentina qalib gəldi - Amerika Kuboku
Messi Argentina millisindən getdi!
Amerika kubokunda finalçılar müəyyənləşdi - VİDEO
Amerika Kuboku: İkinci yarımfinalçı müəyyənləşdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası