Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Argentina prezidenti və Maradonadan Messiyə dəstək
"Messi yığmada qalmalıdır. Bu, olduqca önəmlidir. O, iki il sonra Rusiyaya gedərək dünya çempionu olmalıdır".
Qol.az-ın "La Nacion"a istinadən verdiyi məlumata görə, bu sözləri Argentina millisinin canlı əfsanəsi Dieqo Armando Maradona deyib.
Amerika kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra yığmadakı karyerasını bitirdiyini elan edən Lionel Messiyə dəstək olan Maradona onu qərarını dəyişməyə çağırıb: "Messi ona kömək etmək istəyənləri eşitləməlidir. Onun yığmadan getməsini arzulayanlar isə Argentina futbolundakı mövcud pis durumu gizlətmək istəyənlərdir. Bu səbəbdən Messi yığmada oynamağa davam etməlidir".
Qeyd edək ki, Maradona ilə yanaşı Argentinanın prezidenti Maurisio Makri də Messiyə dəstək olaraq onu yığmada oynamağa davam etməyə çağırıb.
Oxşar xəbərlər
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
Maradona millinin oyunçularını tənqid etdi
Maradona: "Messi lider olmaq istəmir"
Martino Argentina millisində qalacaqmı?
Messi Argentina millisindən getdi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası