reklam
Makedoniyaya 11 futzalçı ilə
Sportfm.az xəbər saytı

Makedoniyaya 11 futzalçı ilə


Futzal üzrə UEFA kubokunun sabah start götürəcək əsas mərhələsində iştirak edəcək "Araz” sifariş vərəqini qitə futbol qurumuna təqdim edib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Makedoniyada keçiriləcək qrup oyunları üçün iştirak ərizəsində 13 oyunçu yer alıb.   Lakin braziliyalı baş məşqçi Milton Luis Ziller Junior siyahıda adları yer alan futzalçıların heç də hamısını meydana buraxa bilməyəcək. Belə ki, Rizvan Fərzəliyev və Fineo De Araujo Makedoniya, Gürcüstan və Kosovo çempionları ilə görüşlərdə iştirak etməyəcək.   Kolumbiyada keçirilən dünya çempionatına hazırlıq zamanı zədələnən və mundialda iştirak etməyən Fərzəliyevin adı iştirak ərizəsində yer alsa da, həkimlər kapitanın qorunmasını məsləhət bilib. Onların rəyini nəzərə alan Miltinyo Rizvanı riskə atmayacaq.   Fineo da vacib oyunları buraxmalı olacaq. Məşq prosesində xəsarət alan oyunçu Makedoniyaya aparılmayıb. O, müalicə prosesini Bakıda davam etdirir. Fineonun da elit raunda qədər sağalıb, sıraya dönəcəyi istisna deyil.   "Araz”ın sifariş vərəqində bu futzalçılar yer alıb: 1. Rövşən Hüseynli, 19. Anar Məmmədov, 13. İsa Atayev, 11 Xətai Bağırov, 3. Everton Kardosa, 7. Ramiz Çovdarov, 5. Fineo De Araujo, 8. Rizvan Fərzəliyev, 6. Eduardo Mello, 15. Oliveira Do Nascimento Villiams, 4. Fabio Poletto, 14. Oqtay Rüstəmli, 10 Tiyaqo Teles Martins.   Qeyd edək ki, mübarizəyə sabah start verəcək təmsilçimiz ilk matçda Tbilisi Dövlət Universitetinin komandası ilə qarşılaşacaq. Ertəsi gün Kosovonun "Feniks” klubu ilə üz-üzə gələcək "Araz” əsas mərhələnin son oyununda meydan sahibləri ilə gücünü sınayacaq. "Zalazareç”lə duel oktyabrın 14-də baş tutacaq. Qrup mərhələsinin ilk iki pillədə başa vuracaq komandalar əsas mərhələyə vəsiqə qazanacaq.

Oxşar xəbərlər

Azərbaycanın futzal millisi Avropa çempionatına Bakıda hazırlaşacaq
Biro Jade heyəti açıqladı, Çovdarov yenə kənarda qaldı
"Araz"ın 10 futzalçısı yığmaya çağırıldı!
Tyaqo Azərbaycan yığmasında
“Araz”ın elit-raund üçün heyəti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər