Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanın futzal millisi Avropa çempionatına Bakıda hazırlaşacaq
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinin oyunlarına Bakıda hazırlaşacaq.
Sportfm.az xəbər verir ki, təlim-məşq toplanışı yanvarın 10-da başlanacaq.
Yanvarın 27-dək davam edəcək toplanışa 15 futzalçı dəvət alıb:
N |
ADI, SOYAD | KLUB |
1 | Rövşən Hüseynli | Araz |
2 | Rizvan Fərzəliyev | Araz |
3 | Eduardo Mello Borges | Araz |
4 | Everton Kardoso | Araz |
5 | Ramiz Çovdarov | Araz |
6 | Thiaqo Teles Martins | Araz |
7 | İsa Atayev | Araz |
8 | Anar Məmmədov | Araz |
9 | Xətai Bağırov | Araz |
10 | Samir Həmzəyev | EKOL |
11 | Emin Kürdov | EKOL |
12 | Namiq Məmmədkərimov | EKOL |
13 | Villiams Oliveira Do Nascimento “Vassoura” | Al Dhafra, BƏƏ |
14 | Fineo de Araujo | Agleymina Hamamatsu(Yaponiya) |
15 | Vitali Borisov | Ekonomaç (Serbiya) |
Vitali Borisov, Fineo de Araujo və Villiams Oliveira Do Nascimento “Vassoura” komandaya yanvarın 18-də qoşulacaq.
Qeyd edək ki, yanvarın 30-dan fevralın 10-dək Sloveniyada keçiriləcək Avropa çempionatında Azərbaycan millisi İspaniya və Fransa ilə eyni qrupda mübarizə aparacaq.
Oxşar xəbərlər
Millimizin heyəti açıqlandı - SİYAHI
Millinin heyəti açıqlandı
Millimizin Avropa çempionatı üçün heyəti məlum oldu
Futzal yığmamız İrana kimləri aparır?
"Araz"ın 10 futzalçısı yığmaya çağırıldı!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin