Yeni transferlər komandaya qoşuldu -FOTOLAR
“Zirə” yeni mövsümün hazırlığına başlayıb.
Sportfm.az xəbər verir ki, qəsəbə klubu Biləcəri Futbol Mərkəzində bir araya gəlib. Yeni transferlər - Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov və Boyan Zaqoviç də kollektivə qoşulub.
"Zirə"nin hazırlığı 2 mərhələdən ibarətdir. İlk mərhələ iyulun 19-u bitəcək. “Qartallar” bu müddətdə 4 yoxlama oyunu keçirəcək.
Komanda iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, 13-də isə “Keşlə” ilə qarşılaşacaq. İyulun 19-daki rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib.
Hazırlığın 2-ci hissəsi isə Türkiyənin Bolu şəhərində olacaq. “Zirə” 20 iyul – 4 avqust aralığında qonşu ölkədə təlim-məşq toplanışında olacaq. Samir Abasovun komandası burada da 4 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 23, 26, 30 iyul və 3 avqust tarixlərində nəzərdə tutulub.



















Oxşar xəbərlər
"Zirə" "Adana Dəmirspor"a uduzdu
"Zirə" yerli klublarla görüşəcək - Hazırlıq planı məlum oldu
"Sabah" Super Liqa klubu ilə qarşılaşacaq
"Zirə" Türkiyə klubu ilə qarşılaşacaq
"Sabah" Türkiyəyə yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
30-cu turun oyun cədvəli açıqlandı - Premyer Liqa
-
Həftənin rəmzi komandası açıqlandı - Çempionlar Liqası
-
"Mingəçevir" 2-ci pilləyə yüksəldi - I Liqa
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
AFFA-dan maliyyə menecerləri üçün seminar















Misli Premyer Liqası