reklam
Millimiz pley-offa vəsiqə qazandı -
Sportfm.az xəbər saytı

Millimiz pley-offa vəsiqə qazandı -AVRO-2026


Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən AVRO-2026-nın F qrupunda ikinci oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda İtaliya yığması ilə qarşılaşıb. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə fərqləniblər.

Azərbaycan yığması ilk turda Avstriyanı üstələmişdi. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib. Beləliklə, Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib.

Qeyd edək ki, yığmamız qrupdakı növbəti oyununu mayın 30-da Fransaya qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi AVRO-2022-nin qalibi olub.

Oxşar xəbərlər

Bu gün Azərbaycan İtaliya ilə qarşılaşacaq
Millimiz pley-offa vəsiqə qazandı
Millimiz Avro-2026-ya bərabərliklə başladı
Minifutbol yığmamız dünya çempionatına qələbə ilə başladı
Millimiz pley-offa vəsiqəni təmin etdi - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər