Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA Xankəndində sosial aksiya keçirildi
AFFA-nın təşkilatçılığı ilə Xankəndində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya keçirilib.
Sportfm.az xəbər verir ki, tədbir AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, həmçinin AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin dəstəyi ilə baş tutub.
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva çıxışında uşaqların rifahının və təhsilinin dəstəklənməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O, uşaqlara göstərilən diqqət və qayğının gələcək nəslin formalaşmasında vacib rol oynadığını vurğulayıb.
Əməkdaşlıq çərçivəsində Xankəndi şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasının bu il birinci sinfə gedəcək uşaqları üçün zəruri məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. Hədiyyələri beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Gülnurə Əkbərzadə təqdim ediblər. Referilər uşaqlarla görüşərək onları qarşıdan gələn məktəb həyatı münasibətilə təbrik edib, gələcək təhsillərində uğurlar arzulayıblar.
Aksiya uşaqların təhsilə hazırlığının dəstəklənməsi və onların bayram sevincinin bölüşülməsi məqsədilə təşkil edilib.
Azad edilmiş ərazilərdə AFFA tərəfindən sosial layihələrin davam etdirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər
AFFA nümayəndələri beynəlxalq konfransda
AFFA rəsmisinə UEFA-dan təyinat
AFFA nümayəndəsinə UEFA-dan təyinat
AFFA rəsmisi İngiltərəyə yollandı - FOTO
Uşaq evləri arasında turnir keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası