reklam
Tovuz şəhər stadionunu təftiş etdilər -
Sportfm.az xəbər saytı

Tovuz şəhər stadionunu təftiş etdilər -FOTO


UEFA stadion inspektoru Skott Struthers, AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəisi Sabir İsmayılov "Turan Tovuz"un nümayəndələri ilə birlikdə Tovuz şəhər stadionunda baxış keçiriblər.

Sportfm.az xəbər verir ki, 4 saatdan çox davam edən baxış zamanı stadionun UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması ilə bağlı mühüm məqamlar müzakirə olunub. Yekunda stadionun bu kateqoriyaya yiyələnməsi üçün tələb olunan şərtlər, həmçinin yerinə yetirilməli tapşırıq və tövsiyələr klub nümayəndələrinin diqqətinə çatdırılıb.

Daha sonra keçirilən iclasda stadionun beynəlxalq standartlara tam cavab verməsi üçün görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Stadionumuzda həyata keçirilən yenidənqurma və təkmilləşdirmə işləri müsbət qiymətləndirilib.

Oxşar xəbərlər

AFFA rəsmiləri Türkiyədə
AFFA nümayəndələrinin Gəncə akademiyalarında
“Karvan-Yevlax” ev oyunlarını Yevlaxda keçirəcək
“Turan Tovuz”un komandalarına seminar keçirildi
UEFA inspektoru "Turan Tovuz"un stadionunda oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər