reklam
İki idmançımız dünya çempionu oldu
Sportfm.az xəbər saytı

İki idmançımız dünya çempionu oldu


Tunisin Hammamet şəhərində savat (Fransa boksu) döyüş növü üzrə dünya çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, kombat versiyası üzrə keçirilən mundiala 54 ölkədən 450 idmançı qatılıb.

Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyasının prezidenti və millinin böyük məşqçisi Rafiq Əliyevin rəhbərliyi altında çempionatda ölkəmiz 3 idmançı ilə təmsil olunub. Bu növ üzrə milli komandamızın ilk dünya çempionatı olmasına baxmayaraq yığmamız uğurlu nəticəyə imza atıb.

Həmyerlilərimizdən Nurlan Qədimov (70 kq) və Tural Bayramov (85 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olublar. Hər iki idmançımız qalib olmaqla yanaşı, avqust ayında Cənubi Koreyada keçiriləcək döyüş növləri üzrə dünya oyunları və noyabr ayında Fransada baş tutacaq qala döyüşlərinə vəsiqə qazanıblar. Digər idmançımız Bəhruz Çıraqov isə (75 kq) üçüncü yeri tutub.

Oxşar xəbərlər

Yığmamız dünya çempionu oldu - Uğur
Azərbaycanlı idmançılar dünya çempionatında yarımfinala yüksəldi
Savatçılarımız beynəlxalq turnirdə 2 qızıl medal qazandı - FOTO
“Qəbələ” idman klubunun taekvondoçusu dünya çempionu oldu
İdmançılarımız dünya çempionatında 13 medal qazandılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər