“Qəbələ” idman klubunun taekvondoçusu dünya çempionu oldu
Tunisin Hammamet şəhərində keçirilən gənclər arasında taekvondo üzrə dünya birinciliyinin üçüncü gününə yekun vurulub.
Yarış Azərbaycan milli komandasının və “Qəbələ” idman klubunun taekvondoçusu Cavad Ağayev üçün uğurlu alınıb.
Sportfm.az xəbər verir ki, gənc idmançımız bütün rəqiblərinə qalib gələrək dünya çempionu adına yiyələnib. Turnirdə 63 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan C.Ağayev öncə Pakistan, ABŞ, Koreya Respublikası, Efiopiyadan olan rəqiblərini yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Bu mərhələdə iranlı idmançıya qalib gələn C.Ağayev finalda italiyalı taekvondoçu ilə üz-üzə gəlib. Gərgin keçən həlledici döyüşdə də qələbə qazanan təmsilçimiz yarışın qızıl medalına sahib olub. Bununla da C.Ağayev həm dünya çempionu olub, həm də rəqibindən bir neçə gün öncə lisenziya xarakterli turnirdəki məğlubiyyətin əvəzini çıxıb.
Oxşar xəbərlər
İdmançımız Avropa ikincisi oldu
Millimiz Belçikadan 3 “qızıl”, 1 “gümüş”lə dönür
Gənc idmançımız Olimpiya Oyunlarının gümüş medalını qazandı
Ağayev dünya birincisi oldu - FOTO
Rafael Ağayevdən növbəti qızıl medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası