Vidadi Rzayevin iş problemi həll olunacaq -Baş katiblə görüşdü
AFFA-nın baş katibi Elxan Məmmədov «Kəpəz»in keçmiş baş məşqçisi Vidadi Rzayevlə görüşüb.
Sportfm.az xəbər verir ki, son günlər mətbuatda kəskin çıxışlarıyla yadda qalan veteran futbolçunu qəbul edən federasiya rəhbəri ondan üzləşdiyi problemlərin səbəbləriylə maraqlanıb.
Bu zaman maraqlı məqamlar üzə çıxıb. E.Məmmədov bildirib ki, V.Rzayev Gəncə klubunu çalışdırdığı dönəmdə onun haqda neqativ məlumatlar alıb.
Belə ki, mütəxəssisin işinə qeyri-peşəkar yanaşması, məşqlərə gəlməməsi və.s barədə baş katibə xəbərlər çatdırılıb.
Rzayev bütün bunları təkzib edib və əsl həqiqəti söyləyib, faktların hamısının araşdırılmasını istəyib.
Qurumun baş idarəçisi Vidadi bəyə AFFA-nın Gəncənin uşaq futbolu üzrə koordinatoru vəzifəsini təklif eləyib.
Qarşı tərəf isə həmin sahədə yox, klub işində çalışmaq arzusunda olduğunu dilə gətirib. E.Məmmədov bu məsələni diqqətdə saxlayacağını və onun iş problemini çözəcəyini Rzayevə söz verib.(sportinfo)
Oxşar xəbərlər
AFFA-dan "Kəpəz" rəhbərliyinə xəbərdarlıq - Büdcəyə baxılacaq
Vidadi Rzayevə ağır itki - Atası vəfat etdi
AFFA-nın baş katibi Tovuz şəhər stadionunda oldu
Vidadi Rzayevin işsiz günləri sona çatır?
"Kəpəz"də köhnə-yeni məşqçi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası