reklam
Sportfm.az xəbər saytı

"Kəpəz"də köhnə-yeni məşqçi


"Kəpəz”in məşqçilər korpusunda yeni təyinat olub.
Sportfm.az xəbər verir ki, veteran futbolçu Vidadi Rzayev Şahin Diniyevin köməkçisi təyin edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, Şahin Diniyevin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayev ilə bir illik müqavilə bağlanacaq.
Qeyd edək ki, V.Rzayev futbolçu karyerasını başa vurduqdan sonra ayrı-ayrı illərdə "Kəpəz”in məşqçisi və baş məşqçisi olub.  

Oxşar xəbərlər

Nuri Şahin "Borussiya"da - RƏSMİ
“Kəpəz”də yeni futbolçu - 1 illik müqavilə
Vidadi Rzayevə ağır itki - Atası vəfat etdi
“Kəpəz”də yeni təyinatlar
Qvardiolanın yeni köməkçisi bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər