Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" Polşaya dəvət olundu -Turnirdə iştirak üçün
“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Polşanın Krakov şəhərində təşkil olunacaq “X Football Academy 21 Cup”da qüvvəsini sınayacaq.
Turnir iyunun 13-17-də keçiriləcək. Yarış Krakov şəhər meriyasının “Football 21” akademiyasının təşkilatçılığı, Miroslav Şımkovyak və Tomaş Frankovskinin dəstəyi ilə baş tutacaq.
Əvvəlki illərdə “Mançester Yunayted”, “Mançester Siti”, “Everton” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Borussiya” (Dortmund, Almaniya), “Valensiya” (İspaniya) kimi klublar da turnirə qatılıb.
Oxşar xəbərlər
"Qəbələ"nin mümkün rəqibləri məlum oldu - SİYAHI
"Qəbələ" "Mançester Yunayted"lə qarşılaşacaq
Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları məlum oldu
“Mançester Siti” və “Qalatasaray” Azərbaycan klubu ilə üz-üzə
"Qarabağ"ın rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası