reklam
Tale Heydərovdan
Sportfm.az xəbər saytı

Tale Heydərovdan "Qəbələ"nin büdcəsini 1 milyon artırması xahiş olundu


«Qəbələ» yeni mövsüm üçün büdcə planlaşdırmasına getməyi qərara alıb. 

Sportfm.az xəbər verir ki, bu da zərurətdən irəli gəlir. 

Çünki 1,2 milyon manatın, üstəlik, Avropa Liqasında iştiraka görə UEFA-dan gələcək vəsaitin klubun növbəti «futbol ili»ni başa vurmasına yetməyəcəyi indidən bəllidi. 

Ötən günlər ərzində düşərgədən gedənlərin sayı 10-a yaxınlaşıb, hələ gələn yoxdu. Hansı yerli futbolçuyla təklif göndərilirsə, mənfi cavab alınır. 

Çünki ödəmələr kifayət qədər aşağı düşüb. Komanda iyunun 17-də Qəbələdə avrokuboklara hazırlığın ilkin mərhələsinə start vermək niyyətindədi, bugünədək bilinmir ki, Sənan Qurbanov kimlərlə məşqə çıxacaq. 

İşlərin belə gətirməsi Fariz Nəcəfovu Tale Heydərova növbəti müraciəti ilə nəticələnib. Yeni prezident klubun keçmiş birinci şəxsindən maddi dəstək istəyib. 

O, büdcənin, heç olmasa, 1 milyon manat artırılmasını xahiş edib.(sportinfo)

Oxşar xəbərlər

Ən çox qazanan oyunçuların adları bilindi - SİYAHI
Gələn mövsüm üçün "Qəbələ"yə bu büdcə ayrıldı
U-16 Liqası: "Bürünc""Neftçi"!
U-17 Liqası: Mərkəzi oyun Qəbələdə olacaq
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər