reklam
Marko Rossi:
Sportfm.az xəbər saytı

Marko Rossi:"Sabahkı oyunda ən yaxşı heyəti meydana buraxacam"


AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də, saat 20:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Macarıstan oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında Macarıstan yığmasının baş məşqçisi Marko Rossi jurnalistlərin suallarını cavablandırıb: 

- Sabahkı mümkün məğlubiyyətdən sonra hansı səbəbləri ortaya qoyacaqsınız?

- Baş məşqçi kimi daim qələbə üçün meydana çıxmışam. Məğlub olacağımız təqdirdə havanı və uzun yolu səbəb göstərməyəcəm. Yeganə səbəbkar özüm olacam. 

- Seçmə mərhələdə uğurlu startdan sonra Macarıstan yığması hansı planları cızır?

- Əvvəlcə onu deyim ki, biz bu qrupun favoriti deyilik. Açıq-aşkar Xorvatiya digər yığmalardan bir baş üstündür, sonra isə Uels və Slovakiya var. Ancaq biz yaxşı başlamışıq və sona qədər belə davam etmək istəyirik. 

- Komandada ab-hava necədi? Heyət sarıdan problem varmı?

- Problemlər olsa da, sabahkı oyunda ən yaxşı heyəti meydana buraxacam. Motivasiyamız çox yüksək səviyyədədir.

- Roberto Bordin Azərbaycanda çalışır...

- Nə demək istədiyinizi bilirəm. Bəli, biz dostuq, birlikdə çıxış etmişik. Görüşəndə söhbət etdik, ancaq çox informasiya vermədi(gülür).

 

Oxşar xəbərlər

"Azərbaycanla oyun Xorvatiya ilə görüşdən ağır keçəcək" - Marko Rossi
Marko Rossi: "Əsas olan 3 xalı qazandıq"
Nikola Yurçeviç: "Bunu növbəti oyundan sonra deyə bilərəm"
Nikola Yurçeviç: "Qalib gəlmək üçün hücum etməliyik"
Yoahim Löv:"Azərbaycan millisi autsayderdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər