Nikola Yurçeviç: "Bunu növbəti oyundan sonra deyə bilərəm"
AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də, saat 20:00-da, “Bakcell Arena”da start götürən və rəqibin 1-3 hesabı ilə qalib gəldiyi Azərbaycan - Macarıstan matçından sonra yığmamızın baş məşqçisi Nikola Yurçeviç jurnalistlərin suallarını cavablandırıb.
- Rahil Məmmədovu əlacsızlıqdan meydana buraxmışdınız, yoxsa?
- Meydanda yaxşı idik, mübarizə apardıq. Rahil bugün həyəcanlı idi. Qarşıda növbəti oyun var.
- Yurçeviç qrupdakı digər yığmalardan xal alacağımızı həqiqətən düşünürmü?
- Nəticə bizi qane etmədi. Oyunda müsbət məqamlar yox idi. Biz növbəti oyunları düşünməliyik.
- Ramil Şeydayevi cinahda oynatmaqla onun əl-qolunu bağlamamışdınızki?
- Biz oyundan əvvəl onunla söhbət etmişdik. Şeydayev Rusiyadada bəzən cinah hücumçusu kimi çıxış edir. Məqsədimiz hücumu gücləndirmək idi.
- AFFA prezidenti milli komandayla görüşəndə bildirmişdi ki, Avropa çempionatının final mərhələsinə yüksəlmək ideal olardı. Bu realdırmı?
- Biz nəticə qazanmaq üçün əlimizdən gələni edirik. Bunu növbəti oyunda qazanacağımız nəticədən sonra deyə bilərəm.
- Nəticə qazanmaq üçün Azərbaycanda futbolçu potensialı varmı?
- Heyətdə gənc oyunçularımız var. Onlar inkişaf etməlidirlər. O zaman nəticələr qazanmaq olar.
Oxşar xəbərlər
Nikola Yurçeviç: " Bəzi dəyişikliklər olacaq"
Marko Rossi: "Əsas olan 3 xalı qazandıq"
Nikola Yurçeviç: "Qalib gəlmək üçün hücum etməliyik"
“Bizi ancaq qələbə qane edəcək” - Zaur Axundov
Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik - Vüqar Məmməd
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası