reklam
İcraiyyə Komitəsinin iclası başa çatdı -
Sportfm.az xəbər saytı

İcraiyyə Komitəsinin iclası başa çatdı -Premyer Liqadakı komandaların sayı ilə bağlı qərar qəbul edildi


Bu gün “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Sportfm.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: 

1. 2019-2020-ci il mövsümündə Topaz Premyer Liqasında komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılsın. Topaz Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə Birinci Divizion klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə TPL-in 2019-2020-ci il mövsümündə ötən mövsüm mübarizə aparan komandalar çıxış etsin. 

2. Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödənilsin. 

3. AFFA-nın “Grow-2020” strategiyasına uyğun olaraq, 2020-2021-ci il mövsümündə Topaz Premyer Liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə komandaların sayının artırılması nəzərdə tutulsun.

Oxşar xəbərlər

“Şamaxı” "başsız" qaldı - Zaur Axundov istefa verdi
VAR sisteminin tətbiq olunacağı vaxt bilindi - Azərbaycanda
İcraiyyə Komitəsinin qərarları - AFFA
AFFA Premyer Liqanın klublarına maliyyə yardımı ayırdı
İcraiyyə Komitəsinin iclasında hansı qərarlar qəbul edildi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər