Güləşçimiz Avropa çempionatında erməniyə qalib gəldi
Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev İspaniyanın Pontevedra şəhərində start götürən gənclər arasında Avropa çempionatında Ermənistandan olan rəqibinə qalib gəlib.
Sportfm.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan Vəliyev 1/8 final qarşılaşmasında Hakob Baqdasaryana heç bir şans verməyib - 9:0. O, daha əvvəl təsnifat görüşündə finlandiyalı Juho Matias Pahikayneni də eyni hesabla udub. 1/4 finalda onun rəqibi macarıstanlı David Losonşi olub.
55 kq çəkidəki Zaur Əliyev də adını yarımfinala yazdırıb. O, ilk görüşdə bolqarıstanlı Denis Krasimirov Demirova 9:0, 1/4 finalda danimarkalı Nikolay Soheyl Məhəmmədiyə 12:1 hesabı ilə qalib gəlib. Yarımfinalda Əliyevin rəqibi gürcüstanlı Pridon Abuladze olacaq.
63 kq-da Zaur Nuriyev 1/5 finalda portuqaliyalı Daniel Moraiş Kaldaşı 36 saniyəyə məğlub edib - 8:0. 1/4 finalda rəqib gürcüstanlı Leri Abuladze olacaq.
77 kq-da Nəsir Həsənov debütdə ukraynalı Dmitri Vasetskiyə 3:6 hesabı ilə uduzub.
130 kq-da isə Sərxan Məmmədov ilk görüşdə çexiyalı Markel Albiniyə 12:3 hesabı ilə qalib gəlsə də, 1/4 finalda macarıstanlı Dariuş Atilla Vitekə yenilib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |