Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Lex" "Neftçi"dən kimi alacaq?
"Neftçi"nin və Azərbaycan millisinin üzvü Mirabdulla Abbasov karyerasını Polşada davam etdirə bilər.
Sportfm.az "Jabfootball"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Ekstraklasada mübarizə aparan "Lex"in radarına düşüb.
Poznan təmsilçisi Abbasovun transferi üçün "Neftçi"yə təklif göndərəcək.
Mirabdullanın xidmətində "Səbail" də maraqlıdır. Komandanın baş məşqçisi Aftandil Hacıyev bu keçid üçün təklif göndərəcəklərini açıqlamışdı.
Mirabdulla Abbasov başa çatan mövsüm Premyer Liqada 28 oyuna 7 qol vurub, 4 assist edib.
"Neftçi"nin yetirməsi 2016-cı ildə Latviyanın "Dauqavpils" klubunda icarə əsasında çıxış edib. O, 2016/17 mövsümünü "Sumqayıt"da keçirib.
Oxşar xəbərlər
"Neftçi" hücumçusu ilə yollarını ayırdı
Türkiyə klubundan "Qarabağ"ın legioneri üçün təklif
Daha bir futbolçumuz xarici klubda - FOTO
Mirabdulla Abbasov “Neftçi”də
"Neftçi"nin hücumçusu "Səbail"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası