reklam
8-ci turdakı oyunun biletləri satışda
Sportfm.az xəbər saytı

8-ci turdakı oyunun biletləri satışda


Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Zirə” matçının biletləri satışa çıxarılıb.

Sportfm.az xəbər verir ki, Gəncə Şəhər Stadionunda baş tutacaq görüşə biletlərin qiyməti dəyişməz qalıb.

“Sarı-göylər”in növbəti ev oyununu izləmək istəyənlər 2-20 manat dəyərində olan biletlər əldə edə bilərlər.

Satış bu gün iticket.az saytı vasitəsilə onlayn başlanıb. Oktyabrın 14-dən etibarən stadionun kassalarında fiziki biletlərin satışına start veriləcək.

Matçın start fiti oktyabrın 18-də saat 18:30-da çalınacaq.

Xatırladaq ki, “Kəpəz”in bu mövsüm doğma meydançada keçirdiyi bütün oyunlarda böyük maraq qeydə alınıb. Komanda “Turan Tovuz” (13500 nəfər), “Şamaxı” (15000 nəfər), “Qəbələ” (11000 nəfər) və “Sumqayıt”la (14500 nəfər) qarşılaşmalarda azarkeş sayına görə mövsümün rekordunu vurub.

Oxşar xəbərlər

“Kəpəz” – “Sumqayıt” oyununun biletləri satışda
“Kəpəz” – “Qəbələ” matçının biletləri satışda
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda
“Qarabağ” – “Turan Tovuz” oyununun biletləri satışda
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər