reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin hücumçusu "Səbail"də


"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov klubdan ayrılmağa qərar verib. 

Sportfm.az xəbər verir ki, 24 yaşlı hücumçu üçün "Səbail" rəsmi təklif göndərib. "Ağ-qaralar" Abbasovu satmaq fikrində olmasa da, futbolçu ayrılmaq istəyib. 

Klub rəhbərliyi komandadan getmək istəyən futbolçunu saxlamağın faydası olmadığını düşünüb. "Səbail" Abbasovun 100 min manatlıq sərbəst qalma dəyərini ödəməyə razı olub. Onunla 3 illik müqavilə imzalanacaq. 

Anlaşmaya görə, növbəti satışdan "Neftçi"yə də pay düşəcək. 

Transferin milli komandaların oyunlarıdan sonra rəsmən açıqlanacağı gözlənilir. 

Mirabdulla Abbasov başa çatan mövsüm Premyer Liqada 28 oyuna 7 qol vurub, 5 assist edib. 

"Neftçi"nin yetirməsi 2016-cı ildə Latviyanın "Dauqavpils" klubunda icarə əsasında çıxış edib. O, 2016/17 mövsümünü "Sumqayıt"da keçirib.

Oxşar xəbərlər

"Səbail" yeni futbolçu ilə gücləndi - Transfer
Azərbaycanlı oyunçu Moldova klubunda - RƏSMİ
Mirabdulla Abbasov “Neftçi”də
Mirabdulla Abbasov istəyinə çatdı - FOTO
"Lex" "Neftçi"dən kimi alacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər