reklam
Güləşçimiz İtaliyadakı yarışda finala yüksəldi
Sportfm.az xəbər saytı

Güləşçimiz İtaliyadakı yarışda finala yüksəldi


Azərbaycan güləşçisi Elmira Qəmbərova İtaliyanın Sassari şəhərində keçirilən Matteo Pelikone Memorialında finala yüksəlib.

Sportfm.az xəbər verir ki, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda İsveç idmançısı Malin Yohanna Matsonu 7:4 hesabı ilə üstələyib. O, finalda Mallari Velte (ABŞ) - Henna Yohanson (İsveç) cütünün qalibi ilə qarşılaşacaq. 

Bu çəkidə mübarizə aparan Elis Manolova və Tatyana Omelçenko 1/8 finalda uduzaraq mübarizəni dayandırıblar. 57 kq çəki dərəcəsindəki Alyona Kolesnik də 1/8 finalda uduzaraq medalsız qalıb. 

Qeyd edək ki, final görüşləri bu gün axşam saatlarında təşkil olunacaq. 

Oxşar xəbərlər

Omelçenko və Manolova yarımfinalda - Roma 2020
Güləşçilərimiz İtaliyada güclərini sınayacaqlar
Qadın güləşçimiz Avropa çempionu oldu - FOTO
Qadın güləşçimiz Avropa çempionatında finala yüksəldi
Elis gümüş, Alyona bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər