reklam
Sportfm.az xəbər saytı

"Arsenal" finalın hazırlığına həndbol oynayaraq başladı


İngiltərənin “Arsenal” klubu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçının hazırlıqlarına başlayıb.

Sportfm.az xəbər verir ki, bu gün London təmsilçisinin təlim-məşq bazasında gerçəkləşən hazırlıq prosesi media üçün açıq olub. Futbolçular isinmə hərəkətlərindən sonra taktiki tapşırıqları yerinə yetiriblər. Ardınca isə onlar həndbol oynayıblar.

Bu gün Bakı vaxtı ilə saat 16:30-a baş məşqçi Unay Emerinin mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Oxşar xəbərlər

“Arsenal” – “Neftçi” matçının mətbuat konfranslarının vaxtı açıqlandı
"Arsenal" məşqə çıxdı - FOTO
Avropa Liqasının finalında daha bir ilk yaşanacaq
"Çelsi" və "Arsenal"ın nümayəndələri Bakıda səfərdədir
“Qarabağ” İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər