“Arsenal” – “Neftçi” matçının mətbuat konfranslarının vaxtı açıqlandı
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 25-də Bakı vaxtı ilə saat 21:00-da "Arsenal" mərkəzi stadionunda keçiriləcək "Arsenal" - "Neftçi" oyunu öncəsi Bakı təmsilçisinin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Sportfm.az xəbər verir ki, tədbir iyulun 24-də "Arsenal" mərkəzi stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə saat 18:30-da başlanacaq. Konfransdan sonra, saat 19:00-da isə "Neftçi"nin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.
Həmin gün saat 18:00-da "Arsenal"ın jurnalistlər üçün açıq (ilk 15 dəqiqəsi) məşqi, 20:00-da isə baş məşqçi İqor Çerevçenkonun mətbuat konfransı olacaq.
Oxşar xəbərlər
Samir Abasov və Harramiz Suares - Mətbuat konfransı
"Neftçi" - "Dinamo" - Mətbuat konfranslarının vaxtı
"Neftçi" - "Bney Yehuda" matçının mətbuat konfransının vaxtı bilindi
"Neftçi"nin mətbuat konfransının vaxtı açıqlandı
"Neftçi"nin mətbuat konfransının vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası