reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin 2 rəqibi məlumdur


Azərbaycan Kubokunun qalibi olan “Qəbələ” ardıcıl 6-cı mövsüm avrokuboklarda çıxış etmək hüququ qazandı. “Qırmızı-qaralar” Avropa Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayacaq. 

Sportfm.az xəbər verir ki, “Qəbələ”nin püşkatmaya qatılacağı səbət də müəyyənləşib. Bu mərhələ üçün güclülərdən olan Azərbaycan təmsilçisi “səpələnmişlər”dən olacaq. Əyalət klubunun hesabında olan 6,250 xal buna imkan verib. “Qəbələ” II təsnifat mərhələsində daha az reytinq xalı olan rəqiblə qarşılaşacaq. 

“Qırmızı-qaralar”ın hələlik yalnız 2 potensial rəqibi bəllidir. Bunlar “Lexia” (Qdansk, Polşa”) və “Lokomotiv”di (Plovdiv, Bolqarıstan). “Qəbələ”nin potensial rəqibləri daha çox I təsnifat mərhələsi yekunlaşdıqdan sonra bəlli olacaq. Mərhələnin güclüləri arasında qərarlaşanlara baxdıqda isə burda “Qəbələ” ilə yanaşı, “Ayntraxt” (Frankfurt, Almaniya), “Vulverhempton” (İngiltərə), “AZ Alkmaar” (Hollandiya), “Espanyol” (İspaniya), “Strasburq” (Fransa), “Gimaraynş” (Hollandiya) güclü klubların olduğunu qeyd etməliyik.

Oxşar xəbərlər

Azərbaycan klublarının potensial rəqibləri blindi - Konfrans Liqası
“Qarabağ”ın potensial rəqibləri – Çempionlar Liqası
"Qəbələ" Hollandiyanın top klubu ilə üz-üzə gələ bilər
"Neftçi" "Arsenal"ı keçərsə...III təsnifat mərhələsində potensial rəqiblər
"Qəbələ" üçün ən çox işlədilən söz "kaybetdi" oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər