AVRO-2020-nin oyunlarına ən ucuz bilet Bakıda olacaq
UEFA 2020-ci il Avropa çempionatının final mərhələsinin biletlərinin qiymətlərini açıqlayıb.
Sportfm.az xəbər verir ki, ən ucuz biletlər Bakı, Budapeşt (Macarıstan) və Buxarest (Rumıniya) şəhərlərində keçiriləcək qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununadır.
Bu qarşılaşmalara 30 avroya baxmaq mümkün olacaq. İkinci kateqoriyalı bilet 75 avroya, üçüncü kateqoriyalısı isə 12 avroyadır.
Sankt-Peterburqda (Rusiya) təşkil olunacaq qrup oyunları 50 - 185 avroya, 1/4 final matçı isə 75 - 225 avroyaolacaq.
Ən bahalı bilet isə Londonda (İngiltərə) keçiriləcək final matçınadır - 945 avro.
51 oyundan 44-nə biletləri 50 avroya almaq mümkündür.
Satışın ilkin mərhələsi 12 iyunda başlanacaq və gələn ilin 12 iyulunadək davam edəcək. Geniş publikaya 1,5 milyon bilet satılacaq.
Hər bir şəxs maksimum 4 bilet ala və bir gün ərzində yalnız 1 oyuna baxa bilər.
Qeyd edək ki, Avropa çempionatının oyunları 2020-ci il iyunun 12-dək iyulun 12-dək 12 şəhərdə keçiriləcək. Bakı, Buxarest, Budapeşt, Sankt-Peterburq və Londondan əlavə, Amsterdam (Hollandiya), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Münhen (Almaniya) və Roma (İtaliya) da təşkilatçı şəhərlər olacaq.
Oxşar xəbərlər
Bakıdakı oyunlara bilet satışının vaxtı bilindi - AVRO-2020
Bakıya gəlmək istəyən fanatların sayı durmadan artır
AVRO-2020-nin qonaqpərvərlik paketlərinin qiyməti açıqlandı
AÇ-2020-nin ən ucuz biletləri Bakıda - UEFA açıqladı
Bakı Olimpiya Stadionu UEFA-nın sərəncamında olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası