reklam
AÇ-2020-nin ən ucuz biletləri Bakıda -
Sportfm.az xəbər saytı

AÇ-2020-nin ən ucuz biletləri Bakıda -UEFA açıqladı


UEFA AÇ-2020-nin final mərhələsinin bilet qiymətlərini açıqlayıb. 

Sportfm.az xəbər verir ki, ən ucuz biletlər Bakı (Azərbaycan), Budapeşt (Macarıstan) və Buxarest (Rumıniya) şəhərlərində keçiriləcək oyunlar üçün ayrılıb. 

Bu şəhərlərdə keçiriləcək oyunlar üçün biletlərin qiyməti 30, 75 və 125 avro olacaq. 

Ən bahalı bilet isə Londonda keçiriləcək final matçınadır - 95-945 avro. İngiltərənin paytaxtındakı yarımfinal görüşlərinə biletlərin qiyməti 85-595 avro olacaq. 

12 iyun - 12 iyul tarixində 1,5 milyon bilet euro2020.com saytında satışa çıxarılacaq. 

Avropa çempionatının oyunları gələn il 12 iyun - 12 iyul aralığında baş tutacaq. Bakıdakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 finalın 1 oyunu baş tutacaq.

Oxşar xəbərlər

AVRO-2024-ün biletlərinin qiyməti açıqlandı
Avropa Çempionatının biletləri satışa çıxarıldı - FOTO
AVRO-2020-nin qonaqpərvərlik paketlərinin qiyməti açıqlandı
AVRO-2020-nin oyunlarına ən ucuz bilet Bakıda olacaq
Matça 70 gün var, biletləri satılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər