reklam
Səfir milli komandamızın üzvləri ilə görüşdü -
Sportfm.az xəbər saytı

Səfir milli komandamızın üzvləri ilə görüşdü -FOTO


Braziliyanın Azərbaycandakı səfiri Manuel Da Kruz Bakıdakı Voleybol Mərkəzində qadınlardan ibarət milli komandanın üzvləri, məşqçi heyəti, həmçinin Azərbaycan Voleybol Federasiyasının rəsmiləri ilə görüşüb.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin Braziliyada keçiriləcək və Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq təsnifat turnirində uğurla çıxış edəcəyinə əminliyini vurğulayaraq bildirib: “İdman insanları birləşdirir. Düzdür, futbol daha məşhurdur. Amma düşünürəm ki, voleybol da komanda idman növü kimi daha populyar və dinamikdir. Sizi qarşıda çətin yarış gözləyir. Azərbaycan millisinin növbəti mərhələyə vəsiqə əldə edəcəyinə inanıram. Sizə uğurlar arzulayıram”.

Görüşdə Azərbaycan yığmasının kapitanı Odina Əliyeva voleybolçuların imzası olan topu və formanı səfirə hədiyyə edib.

Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov tərəfindən isə qurumun atributları səfirə təqdim olunub.

Oxşar xəbərlər

Azərbaycan millisinin hazırlıq planı bilindi
Millinin üzvlərinə “İdman usta”sı adı verildi - UĞUR
Lisenziya xarakterli təsnifat turnirləri başa çatdı
"Milli komandalara 35-ə yaxın oyunçu cəlb ediləcək"
Voleybol üzrə təcrübəli məşqçilər Naxçıvanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər