Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbolçu "fair-play" qaydalarını pozaraq qol vurdu -VİDEO
Futbol üzrə İngiltərə I Liqasında çıxış edən "Scunthorpe United" klubunun hücumçusu Coş Morris çempionatın 46-cı turunda "Plymouth Argyle" komandasına qarşı keçirilən oyunda rəqib qapıçı Mett Meysinin zədələnməsindən sonra qol vurub.
Sportfm.az xəbər verir ki, hadisə matçın 60-cı dəqiqəsində baş verib.
Qapıçı Meysi tibbi yardım almaq üçün topu meydandan çıxarmaq istəyib. Lakin Morris yan xətdə topu ələ keçirərək onu qapıçının başı üzərindən tora qovuşdurub.
Bu epizod üzündən meydanda mübahisə düşüb.
Sonda "Plymouth Argyle" 3:2 hesabı ilə qələbə qazanıb. Matçın nəticəsinə görə, hər iki komanda gücünə görə dördüncü ingilis divizionu sayılan II Liqaya yuvarlanıb.
Oxşar xəbərlər
Qurban Qurbanovun adı dünya “feyr-pley” siyahısında
68 metrdən qol vuruldu - Fransa çempionatında rekord
Qapıçıdan dəhşətli səhv - VİDEO
Qapıçı ad gününü 65 metrdən vurduğu qolla qeyd etdi - FOTO
Futbolçunu meydanda güllələdilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası